DÇ-2022: Hakimiyyətdən iranlı futbolçulara işgəncə və həbs xəbərdarlığı
İranlı futbolçuların yaxınları DÇ-2022-nin üçüncü turunun ABŞ-la oyunundan əvvəl yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşib.
Komanda.az xəbər verir ki, bu barədə CNN iddia irəli sürüb. İranlı futbolçulara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.
İranlı oyunçular özlərini “düzgün aparmasalar”, qohumları həbs edilə və işgəncəyə məruz qala bilər.
İran – ABŞ matçı bu gün saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin