DÇ-2022: İran millisində ciddi itki
DÇ-2022-də İngiltərə yığması ilə görüşdə İran millisinin qapıçısı Əlirza Beyrənvand zədələnib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı qapıçı mundialdakı digər matçları buraxacaq.
Komanda yoldaşı ilə toqquşan Beyrənvand matçdan sonra beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Meydanı xərəkdə tərk edən oyunçu 19-cu dəqiqədə Hüseyn Hüseyni ilə əvəzlənib.
Qarşılaşma İngiltərənin 6:2 hesablı qələbəsi ilə bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin