DÇ-2022: İngilislər 16 illik həsrətə son qoydu
İngiltərə yığması 16 il sonra dünya çempionatının qrup mərhələsini lider kimi bitirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qaret Sautqeytin komandası buna DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda nail olub.
Son dəfə İngiltərə millisi bunu 2006-cı ildə bacarıb. Britaniyalılar həmin vaxt 1/4 finalda Portuqaliyaya məğlub olaraq, mübarizəni dayandırmışdılar.
İngiltərə yığması DÇ-2022-nin pley-off mərhələsində Seneqal millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin