
DÇ-2022: İngilislərdən antirekord
İngiltərə millisi dünya çempionatları tarixində antirekorda imza atıb.
Komanda.az xəbər verir ki, ingilislər 7-ci dəfə mundialların 1/4 final mərhələsində mübarizəni dayandırıb. Bu, dünya futbolunda ən zəif göstəricidir.
İngiltərə yığması daha əvvəl 1954, 1962, 1970, 1986, 2002 və 2006-cı illərdə eyni aqibətlə üzləşib.
İngiltərə millisi 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, DÇ-2022 ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin