DÇ-2022: İngilislərin “ağsaqqal”ı
İngiltərə millisinin və “Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson üçün DÇ-2022-nin 1/8 final mərhələsinin Seneqalla matçı (3:0) əlamətdar olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə yığmasının dünya çempionatında qol vuran ikinci ən yaşlı oyunçusu olub (32 yaş).
Henderson yalnız 1958-ci ildə keçmiş SSRİ yığmasına qol vuran Tom Finnidən geri qalır (36 yaş).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin