
DÇ-2022: Halandın başında olduğu “qara siyahı”
“Mançester Siti”nin hücumçusu Erlinq Haland 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını müxtəlif səbəblərdən buraxacaq futbolçuların siyahısına başçılıq edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ikinci yerdə “Milan”ın hücumçusu Zlatan İbrahimoviç qərarlaşıb. Üçüncü yerdə isə “Roma”dan Paulo Dibaladır.
DÇ-2022-ni buraxacaq məşhur “10-luq” belədir:
- Erlinq Haland (Norveç, Mançester Siti)
- Zlatan İbrahimoviç (İsveç, Milan)
- Paulo Dibala (Argentina, Roma)
- Məhəmməd Salah (Misir, Liverpul)
- Luis Diaz (Kolumbiya, Liverpul)
- Viktor Osimhen (Nigeriya, Napoli)
- Martin Odeqar (Norveç, Arsenal)
- Eldor Şomurodov (Özbəkistan, Roma)
- Riyad Mahrez (Əlcəzair, Mançester Siti)
- Canluici Donnarumma (İtaliya, PSJ)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin