DÇ-2022: Fransa 1/8 finalda, Argentinadan inamlı qələbə
Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 4 oyun keçirilib.
Komanda.az xəbər verir ki, C və D qruplarında 2-ci tur çərçivəsində ümumilikdə 4 qarşılaşma baş tutub.
Günün ilk matçı D qrupuna təsadüf edib. Tunis millisi Avstraliyanı sınağa çəkib. Avstraliyalılar minimal hesabla qalib gələrək vacib 3 xal əldə ediblər. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüş fransızların ardıcıl ikinci qələbəsiylə yekunlaşıb. Bununla da sonuncu dünya çempionu olan Fransa yığması 1/8 finala vəsiqəni təmin edən ilk komanda olub.
C qrupunda isə ikinci tura Polşa – Səudiyyə Ərəbistanı matçı ilə start verilib. Polşalılar bu oyundan inamlı qələbə ilə ayrılıblar. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirib. Lionel Messi və dostları bu matçda etimadı inamlı qələbə ilə doğruldublar.
Dünya çempionatı
26 noyabr
C qrupu
Polşa – Səudiyyə Ərəbistanı 2:0
Qol: Pyotr Zelinski, 39. Robert Levandovski, 82.
Matçın 45+1-ci dəqiqəsində Salem Əl-Davsari penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Vilton Sampayo (Braziliya).
“Edyukeyşn Siti” stadionu.
Polşa: Voyçex Şensnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (k), Arkadiuş Milik, Pyotr Zelinski.
Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais, Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Əl-Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Davsari, Abdulela Əl-Malki, Sami Əl-Naci, Saleh Əl-Şəhri, Məhəmməd Kanno.
Argentina – Meksika 2:0
Qol: Lionel Messi, 64. Enso Fernandes, 87.
Baş hakim: Daniele Orsato (İtaliya).
“Lusail” stadionu.
Argentina: Emiliano Martines, Qonsalo Montiel, Lisandro Martines, Nikolas Otamendi, Markos Akunya, Rodriqo De Paul, Quido Rodriqes, Aleksis Makallister, Anxel Di Mariya, Lautaro Martines, Lionel Messi (k).
Meksika: Gilyermo Oçoa, Nestor Arauxo, Sesar Montes, Hektor Moreno, Kevin Alvares, Hektor Herrera, Andres Quardado (k), Luis Çaves, Xesus Qalyardo, İrvinq Losano, Aleksis Veqa.
Xal: Polşa – 4, Argentina – 3, Səudiyyə Ərəbistanı – 3, Meksika – 1.
D qrupu
Tunis – Avstraliya 0:1
Qol: Mitçell Dyuk, 23.
Baş hakim: Daniel Zibert (Almaniya).
“Əl-Canub” stadionu.
Tunis: Aymen Dahmen, Montassar Talbi, Yassin Meria, Dilan Bronn, Yussef Msakni (k), İssam Cebali, Aysa Layduni, Elyess Sxiri, Məhəmməd Drager, Ali Abdi, Naim Sliti.
Avstraliya: Metyu Rayan (k), Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar, Fran Karaçiç.
Fransa – Danimarka 2:1
Qol: Kilian Mbappe, 61; 86 – Andreas Kristensen, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
“Stadium 974”.
Fransa: Uqo Loris (k), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Danimarka: Kasper Şmeyxel (k), Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq.
Xal: Fransa – 6, Avstraliya – 3, Danimarka- 1, Tunis – 1.
Bizi Facebook-da izləyin