DÇ-2022: “Finala çıxmaq və çempion olmaq vaxtıdır”
Braziliya millisinin baş məşqçisi Tite 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, Tite, çempion olmaq istədiklərini deyib:
“Dünya çempionatından gözləntim? Biz dünya çempionatına vəsiqə qazandıq, indi finala çıxmaq və çempion olmaq vaxtıdır. Son mundialda başqa şəraitdə Braziliya millisinin baş məşqçisi olmuşdum. Son anda komandaya rəhbərlik etmişdim. İndi tam dörd illik tsikli keçmək imkanım var idi. Gözləntilər böyükdür, bütün diqqətimiz işə yönəlib”.
Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Turnirin qrup mərhələsi noyabrın 21-dən dekabrın 2-dək davam edəcək. Hazırkı dünya çempionu 2018-ci ildə keçirilən mundialın qalibi olan Fransa yığmasıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin