
DÇ-2022: Final matçında argentinalılar çoxluq təşkil edəcək
DÇ-2022-nin final matçını təxminən 50000 argentinalı azarkeş izləyə bilər.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, “Lusail” stadionunda Fransa ilə Argentina milliləri arasında keçiriləcək DÇ-2022-nin həlledici oyununda cənubi amerikalılar çoxluq təşkil edəcək.
88969 min tamaşaçı tutumuna malik stadionda son dünya çempionu Fransanı cəmi 6000 fanatın dəstəkləmək ehtimalı var.
Dekabrın 18-də keçiriləcək final matçı saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin