DÇ-2022: Enrike onu da millinin heyətinə saldı

“Barselona”nın müdafiəçisi Jerar Pike İspaniya yığmasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün
55 nəfərlik genişləndirilmiş heyətinə daxil edilib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Pike, millinin baş məşqçisi Luis Enrikenin PSJ-nin müdafiəçisi Serxio Ramosla birlikdə DÇ-2022-yə aparmaq üçün seçdiyi 55 namizəddən biri olub.

Xəbərdə o da bildirilir ki, siyahıya düşmək Pike və Ramosun dünya çempionatında iştirakına zəmanət vermir. Çünki İspaniya millisinin baş məşqçisi Emerik Laport (Mançester Siti), İniqo Martinez (Atletik, Bilbao), Pau Torres (Vilyarreal), Dieqo Llorente (Lids) kimi futbolçulara üstünlük verə bilər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button