DÇ-2022-dən sonra milliylə vidalaşacaq
Tite DÇ-2022-dən sonra Braziliya millisinin baş məşqçisi postunu tərk edəcək.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş məşqçinin özü açıqlama verib:
“Bütün diqqətimi işimə yönəltmişəm. Lakin müqaviləmin müddəti barədə məlumatlıyam. Bu, dünya çempionatının sonuna qədər davam edəcək”.
Braziliya millisi DÇ-2022-də uğur qazansa belə, Titenin yığmanın baş məşqçi postunu tərk edəcəyi bildirilir.
Tite milli komandanın “sükanı arxasına” 2016-cı ilin yayında keçib. O, milli ilə 2019-cu ildə Amerika kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin