DÇ-2022: Mərakeş və Fransa yarımfinalda!

Qətərdə keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə iki oyun keçirilib.

Əvvəlcə Portuqaliya millisi Mərakeşi sınağa çəkib. Bu oyunda yeganə qolla qalib gələn Mərakeş yığması daha bir sürprizə imza ataraq yarımfinala yüksəlib.

Digər görüşdə İngiltərə və Fransa yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu qarşılaşmada isə fransızlar qələbə qazanıblar.

1/4 finalın digər iki oyunu dekabrın 9-da keçirilib. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

DÇ-2022, 1/4 final

10 dekabr

Mərakeş – Portuqaliya 1:0
Qol: Yussuf Ən-Nəsiri, 42.
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu

Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 4. Sofyan Amrabat, 6. Romen Saiss (k), 7. Hakim Ziyeş, 8. Azzedin Unai, 15. Selim Amalla, 17. Sofyan Bufal, 18. Cavad Əl-Yamik, 19. Yussuf Ən-Nəsiri, 25. Yahya Attiyat Alla.
Portuqaliya: 22. Dioqo Kosta, 2. Dioqo Dalot, 4. Pepe (k), 4. Ruben Dias, 5. Rafael Gerreyro, 8. Bruno Fernandes, 10. Bernardo Silva, 11. Joao Feliks, 18. Ruben Neves, 25. Otavio Monteyro, 26. Qonsalo Ramos.

İngiltərə – Fransa 1:2
Qol: Harri Keyn, 54-pen – Orelyen Çuameni, 17. Olivye Jiru, 78.
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Əl Bayt” stadionu

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uoker, 3. Luk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn (k), 17. Bukayo Saka, 20. Fil Foden, 22. Cud Bellingem.
Fransa: 1. Uqo Lyoris (k), 4. Rafael Varan, 5. Jül Kunde, 7. Antuan Qrizmann, 8. Orelyen Çuameni, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 11. Usman Dembele, 14. Adrien Rabyo, 18. Dayo Upamekano, 22. Teo Hernandes.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button