DÇ-2022: Daha 2 ölkə final mərhələsinə vəsiqəni təmin etdi

Qətərdə keçiriləcək DÇ-2022-yə daha iki ölkə vəsiqəni təmin edib.

Komanda.az xəbər verir ki, Yaponiya millisi DÇ-2022-də iştirak etmək hüququ qazanıb. Yaponlar buna seçmə mərhələnin 9-cu turunda səfərdə Avstraliyaya qalib gəlməklə nail olub.

Yaponiya rəqibini 2:0 hesabı ilə üstələyərək B qrupunda xallarının sayını 21-ə çatdırıb və yarışa birbaşa vəsiqəni təmin edib.

Bu nəticə Səudiyyə Ərəbistanı millisinin də final mərhələsində iştirakına imkan yaradıb. Hazırda 8 oyundan sonra 19 xalla ikinci pillədə qərarlaşan Səudiyyə Ərəbistanı 15 xala malik Avstraliya üçün əlçatmaz olub.

Dünya çempionatı 21 noyabr-18 dekabrda keçiriləcək. İndiyədək Yaponiya və Səudiyyə Ərəbistanı ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran və Cənubi Koreya da final mərhələsinə vəsiqə əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button