DÇ-2022-də zədələnən futbolçu məşqlərə başlayıb

“Bayern”in müdafiəçisi Luka Hernandes məşqlərini bərpa edib.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Fransalı futbolçu sağ dizinin çarpaz bağlarının qopması səbəbindən uzun müddət idi ki, meydana çıxmırdı. O, DÇ-2022-nin qrup mərhələsinin Avstraliya ilə matçında (4:1) zədələnmişdi.

27 yaşlı müdafiəçi bu mövsüm Bundesliqada 7 oyuna çıxıb. Onun klubla müqaviləsi 2023/2024 mövsümünün sonuna kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button