DÇ-2022-də zədələnən futbolçu ilə yeni müqavilə imzalanacaq

“Bayern” klubu futbolçusu Lukas Hernandesin müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasındakı ilkin danışıqlar müsbət yekunlaşıb.

Münhen təmsilçisi DÇ-2022 başa çatdıqdan sonra 26 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalayacaq.

Fransa millisinin üzvü olan Lukas Hernandes DÇ-2022-nin ilk turunda, Avstraliyanı 4:1 hesabı ilə məğlub etdikləri oyunda zədələnib. O, əməliyyat olunacaq.

Hernandesin “Bayern”lə hazırkı müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button