DÇ-2022-də ilk “qırmızı”
Qətərdə keçirilən dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb.
Komanda.az xəbər verir ki, ilk “qırmızı” qrup mərhələsinin 2-ci turunun ilk oyununa təsadüf edib. Uels – İran matçının 85-ci dəqiqəsində avropalılar azlıqda qalıb. Qapıçı Ueyn Hennessi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. Bunadək DÇ-2022-də keçirilən 16 matçda belə cəza olmamışdı.
Uels – İran matçında hesab açılmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin