DÇ-2022: “İndi məyus olsaq da…”
İngiltərə milli komandasının yarımmüdafiəçisi Bukayo Saka DÇ-2022 barədə fikir bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”ın 20 yaşlı futbolçusu azarkeşlər barədə danışıb:
“Özümü necə hiss etdiyimi izah edə bilmərəm. Biz meydanda hər şeyi etdik. Kuboku xalqımız üçün ölkəmizə gətirə bilmədiyimizə görə çox təəssüf edirik. Azarkeşlərimizə təşəkkür edirəm. Siz sadəcə, heyrətamiz idiz. Biz sizin dəstəyinizi hiss edirdik”.
Saka İngiltərə millisinin istedadlı futbolçulardan təşkil edildiyini vurğulayıb:
“Komandamız istedadlı futbolçulardan təşkil olunub. Məğlubiyyətə görə indi məyus olsaq da, gələcəyə nikbin baxırıq. Ailəmə, komanda yoldaşlarıma, məşqçilər korpusuna və bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Biz bundan sonra irəliyə gedəcək, sizin dəstəyinizlə birlikdə təkmilləşəcək və uğur əldə edəcəyik”.
İngiltərə yığması DÇ-2022-nin 1/4 finalında Fransaya məğlub olaraq (1:2), turnirlə vidalaşıb.
Bizi Facebook-da izləyin