DÇ-2022: Deşam zədəlilərdən danışdı

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin Argentina ilə keçiriləcək final matçı barədə fikirlərini bildirib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, “xoruzlar”ın zədəli futbolçuları haqda danışıb:

“Zədəli futbolçularımız var. Kərim Benzema da onlardan biridir. Sonuncu zədələnən futbolçu Lukas Hernandes olub. O vaxtdan bəri oynatdığım 24 futbolçu var. Bu futbolçularla bağlı sual vermək, yumşaq desək, çirkindir. Dünya çempionatı başlayanda vahid heyətə malik idik. Nkunku zədə aldığı üçün aramızdan ayrıldı. Sabah 24 futbolçu ilə birlikdə olacağıq”.

Fransa millisi DÇ-2022-nin final matçında Argentina ilə qarşılaşacaq. Oyun dekabrın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button