
DÇ-2022: “Bu, sensasiyadır” – Alveş
Braziliya milli komandasının müdafiəçisi Dani Alveş DÇ-2022-nin qrup mərhələsinin sonuncu oyununda Kamerun yığmasına məğlubiyyəti (1:0) şərh edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu yekun nəticəni sensasiya kimi qiymətləndirib:
“Bu, sensasiyadır. Bu yaşda burada ola bilmək, komandaya xeyir vermək mənim futbola hörmətimdən xəbər verir. Nəticədən məyus oldum”.
Alveş braziliyalı keçmiş futbolçu Roberto Karlosla münasibətindən də danışıb:
“Roberto Karlos mənim kumirimdir. Özümü onunla bir çox cəhətdən eyni hesab edirəm. Bir-birimizi başa düşürük. Onun kimi böyük oyunçu ilə qarşılaşa bilmək çox vacibdir”.
Braziliya millisi 6 xal toplayaraq G qrupunda birinci yeri tutub. 1/8 finalda onlar Cənubi Koreya yığması ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin