DÇ-2022: Argentina dünya çempionu oldu!
Qətərdə təşkil olunan dünya çempionatı dekabrın 18-də final oyunu ilə başa çatıb.
Komanda.az xəbər verir ki, DÇ-2022-nin həlledici matçında Argentina və Fransa yığmaları üz-üzə gəlib.
“Lusail” stadionunda keçirilən matçı polşalı referi Şimon Marçinyak idarə edib.
Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaqdı. Onlar DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxmışdılar.
Argentina millisi də üçüncü çempionluğunu qazanmaq şansına malik idi. Argentinalılar 1978 və 1986-cı illərdə mundialın qalibi olmuşdular.
Altı qolun qeydə alındığı bu qarşılaşmanın əsas və əlavə vaxtında isə qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu olub.
DÇ-2022, final
18 dekabr
Argentina – Fransa 3:3 (penaltilər 4:2)
Qol: Lionel Messi, 22-pen; 109. Anxel Di Mariya, 36 – Kilian Mbappe, 80-pen; 81; 118-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu
Argentina: 23. Emiliano Martines, 3. Nikolas Talyafiko, 7. Rodriqo De Paul, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 11. Anxel Di Mariya, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makkallister, 24. Entso Fernandes, 26. Nahuel Molina.
Fransa: 1. Uqo Lyoris (k), 4. Rafael Varan, 5. Jül Kunde, 7. Antuan Qrizmann, 8. Orelyen Çuameni, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 11. Usman Dembele, 14. Adrian Rabyo, 18. Dayo Upamekano, 22. Teo Hernandes.
Bizi Facebook-da izləyin