DÇ-2022-nin final matçına təyinat alan hakim danışdı
DÇ-2022-nin final matçının baş hakimi Şimon Marçinyak Argentina – Fransa oyunu haqda fikirlərini bildirib.
Komanda.az “Przeglad Sportowy”-a istinadən xəbər verir ki, o, həlledici görüş barədə bunları deyib:
“Əla oyun gözləyirəm. Argentina və Fransa hər saniyə heyrətamiz nəsə edə bilən iki böyük komandadır. Hər iki komandanın oyununa əvvəlki mərhələlərdə təyinat almışıq. Bu, bizim üçün böyük oyun olacaq. Hər şeyi edəcəyik ki, matçdan sonra hakimlər haqqında bir kəlmə də danışılmasın”.
Marçinyak bundan öncə DÇ-2022-nin qrup mərhələsinin Fransa – Danimarka (2:1), 1/8 final mərhələsinin isə Argentina – Avstraliya (2:1) oyunlarını idarə edib.
DÇ-2022-nin final matçında Fransa millisi Argentina ilə qarşılaşacaq. Oyun dekabrın 18-də keçiriləcək.
Bizi Facebook-da izləyin