
“İrəli, Argentina!” – FOTO
Argentina milli komandası DÇ-2022-nin yarımfinalında Xorvatiyanı məğlub edərək, finala yüksəlib.
Komanda.az xəbər verir ki, Argentina yığmasının kapitanı Lionel Messi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. PSJ-nin futbolçusu qələbədən sonra aşağıdakı sözləri yazıb:
“Finala doğru irəli! Möhtəşəm matçda qələbə qazanmaq üçün yenidən güc tapdıq. Komandamıza inanan hər kəsə təşəkkür edirik! İrəli, Argentina!”
Argentina millisi DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin