DÇ-2022: Belçika və İspaniya qələbə, Almaniya məğlubiyyətlə başladı

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk matçı F qrupunda olub. Xorvatiya millisi Mərakeşi sınağa çəkib. Bu oyunda qapılara qol vurulmayıb.

Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi tək qolla 3 xala sahib çıxıb.

E qrupunda Almaniya seçməsi Yaponiya ilə qarşılaşıb. Bu oyunda hesabı almanlar açsa da, yaponlar əzmkar və sürpriz qələbəyə imza atıblar. İspaniya isə Kosta Rika ilə üz-üzə gəlib və 7 cavabsız qola sevinib.

Dünya çempionatı
23 noyabr

F qrupu

Mərakeş – Xorvatiya 0:0
Baş hakim: Fernando Rapallini (Argentina).
“Əl-Bayt” stadionu.

Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 6. Romen Saiss (k), 5. Nayef Aquerd, 3. Nussair Mazraui, 15. Selim Amallah, 4. Sofyan Amrabat, 8. Umai Azzedin, 7. Hakim Ziyeş, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri.
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 19. Borna Sosa, 11. Marselo Brozoviç, 10. Luka Modriç (k), 8. Mateo Kovaçiç, 13. Nikola Vlaşiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç.

Belçika – Kanada 1:0
Qol: M.Batşuayi, 44. 
Matçın 11-ci dəqiqəsində A.Deyvis penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Canni Sikazve (Zambiya).
“Əhməd Bin Əli” stadionu.

Belçika: Tibo Kurtua, Yan Vertongen, Tobi Alderveyreld, Leander Dendonker, Aksel Vitsel, Kevin De Bruyne, Yannik Karrasko, Timoti Kastan, Eden Hazard (k), Mişi Batşuayi, Yuri Tilemans.
Kanada: Milan Boryan, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Cunior Hoylett, Atiba Hatçinson (k), Stiven Euştakiu, Riçi Lareya, Tedjon Byukenen, Conatan Devid, Alfonso Deyvis.

E qrupu

Almaniya – Yaponiya 1:2
Qol: İ.Gündoğan, 33-pen – R.Doan, 75. T.Asano, 83.
Baş hakim: İvan Barton (Salvador).
“Xəlifə” stadionu.

Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 3. David Raum, 15. Niklas Süle, 23. Niko Şlotterbek, 6. Coşua Kimmix, 21. İlkay Gündoğan, 10. Serj Qnabri, 14. Camal Musiala, 13. Tomas Müller, 7. Kai Haverts.
Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 19. Hiroki Sakai, 4. Ko İtakura, 6. Vataru Endo, 26. Hiroki İto, 15. Daiçi Kamada, 17. Ao Tanaka, 11. Takefusa Kubo, 25. Daizen Maeda.

İspaniya – Kosta Rika 7:0
Qol: D.Olmo, 11. M.Asensio, 21. F.Torres, 31-pen; 54. Qavi, 74. K.Soler, 90. A.Morata, 90+2.
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri).
“Al Tumama” stadionu.

İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Buskets (k), Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres.
Kosta Rika: Keylor Navas (k), Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button