Uels Ukraynanı DÇ-2022-yə buraxmadı
Bu gün Uels və Ukrayna milli komandaları arasında DÇ-2022-nin pley-off mərhələsinin final oyunu keçirilib.
Komanda.az xəbər verir ki, Kardiff şəhərindəki “Kardiff Siti” stadionunda baş tutan qarşılaşmanı ispaniyalı FİFA referisi Mateu Laos idarə edib. Bu matçın ardından Avropa zonası üzrə DÇ-2022-yə sonuncu vəsiqənin sahibi müəyyənləşib. Uels yığması minimal hesabla qalib gələrək mundiala vəsiqə qazanıb.
Xatırladaq ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. Ukrayna yarımfinalda Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlmişdi.
Dünya çempionatının final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Uels mundialın B qrupunda, İngiltərə, İran və ABŞ yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
DÇ-2022
Pley-off mərhələsi, final
5 iyun
Uels – Ukrayna 1:0
Qol: A.Yarmolenko, 34-öz qapısına.
Baş hakim: Mateu Laos (İspaniya).
Kardiff. “Kardiff Siti” stadionu.
Bizi Facebook-da izləyin