Kədərli və məyus Modriç
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç DÇ-2022-nin yarımfinal mərhələsinin Argentina ilə görüşü barədə fikir bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbə münasibətilə Cənubi Amerika təmsilçisini təbrik edib:
“Bu gün oyunumuz alınmadı. İndi biz üçüncülük uğrunda görüşdə qalib gəlməyə çalışacağıq. Kədərli və məyusuq. Argentinanı təbrik edirəm. Yaxşı oynadıq, oyuna nəzarət edirdik. Hakim bizə künc zərbəsi vermədi və bu, penalti ilə nəticələndi”.
Xorvatiya millisi DÇ-2022-nin yarımfinal mərhələsində Argentinaya uduzaraq (0:3), üçüncülük uğrunda keçiriləcək görüşə adını yazdırıb. Argentina isə finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin