DÇ-2022: “Argentina millisi çox yaxşı şansa malikdir” – Aquero
“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero DÇ-2022 ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Stake”-ə istinadən xəbər verir ki, Aquero keçmiş komanda yoldaşı Lionel Messi barədə də danışıb:
“Argentina millisi çox yaxşı şansa malikdir. Baxmayaraq ki, bir sıra oyunçular zədə səbəbindən turnirdə iştirak edə bilməyəcək. Milli komanda vəzifəsini yaxşı bilir. Təbii ki, Messinin liderliyi uğurun açarıdır. Ümid edirəm ki, bütün futbolçular mundiala ən yaxşı formada gedəcək”.
Argentina millisi DÇ-2022-nin qrup mərhələsində Polşa, Səudiyyə Ərəbistanı və Meksika ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin