DÇ-2022: “Bu, futbolumuzun tarixini dəyişdirə biləcək bir gecə olacaq”
Yaponiya millisinin yarımmüdafiəçisi Takefusa Kubo DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun İspaniya ilə matçını (2:1) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, pley-off görüşü barədə danışıb:
“Heç kim İspaniya kimi böyük rəqib üzərində belə qələbə gözləmirdi. Ümid edirik ki, Xorvatiya ilə 1/8 final matçı tarixi görüş olacaq. Şübhəsiz ki, bu, futbolumuzun tarixini dəyişdirə biləcək bir gecə olacaq”.
Kubo, ikinci hissədə pressinqə üstünlük verdiklərini vurğulayıb:
“Birinci hissədə ispanlardan təhlükə hiss etmədim. İkinci hissədə planımız pressinq etmək idi. İspaniya zərbələri qapısından uzaqlaşdırmağa çalışırdı. Azarkeşlərin də dəstəyiylə biz burada ən azı bir oyun daha qalırıq. Ümid edirəm ki, bu, pulsuzdur (gülür)”.
E qrupunda Yaponiya 6 xal toplayaraq növbəti mərhələyə lider kimi vəsiqə qazanıb. 4 xal toplayan İspaniya millisi də adını 1/8 finala yazdırmağı bacarıb.
Pley-off mərhələsində Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.
Bizi Facebook-da izləyin