DÇ-2002-nin ilk qolunun müəllifi vəfat etdi
Futbol üzrə Seneqal milli komandasının sabiq yarımmüdafiəçisi Papa Buba Diop vəfat edib.
Komanda.az xəbər verir ki, o, 42 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Keçmiş yarımmüdafiəçi Avropada İsveçrənin “Qrashoppers”, Fransanın “Lans”, Yunanıstanın AEK, İngiltərənin “Fulhem”, “Vest Hem”, “Portsmut” və “Birmingem Siti” kimi komandalarının formasını geyinib. O, yığmada 63 oyuna 11 qol vurub.
Diop DÇ-2002-də 3 dəfə fərqlənib. Həmin qollardan biri açılış matçında dünya çempionu Fransa ilə qarşılaşmaya təsadüf edib – 1:0. Seneqal yığması debüt etdiyi mundialda 1/4 finaladək irəliləyib. Bu mərhələdə sözügedən komandanın qarşısını Türkiyə millisi kəsib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin