DÇ: Əliyeva yarımfinala yüksəldi
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinala yüksəlib.
Komanda.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Culiya Oliveyranı (Braziliya), daha sonra isə Ester Kolavoleni (Nigeriya) məğlub edib.
59 kq-dakı Alyona Kolesnik 1/4 finalda Sakura Motokiyə (Yaponiya) uduzub.
Bu gün həmçinin 65 kq-dakı Elis Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) üz-üzə gələcək.
Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin