Dayəsini qovduğuna görə təzminat ödəyəcək
Milan məhkəməsi “İnter”in hücumçusu Lautaro Martinesi keçmiş dayəsini nahaq yerə işdən qovduğuna görə pul təzminatı ödəməyə məcbur edib.
Komanda.az “Sport İtalia”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu 27 yaşlı dayəsinin sağalmaz xəstəlikdən əziyyət çəkdiyini xəbər tutduqdan sonra onu işdən çıxarıb. Dayənin ailəsi onu məhkəməyə verib.
Məhkəmənin qərarına əsasən Martines onlara təzminat ödəyəcək. Lakin təzminatın məbləği bəlli deyil.
26 yaşlı hücumçu 2018-ci ildən “İnter”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 248 matçda iştirak edib, 113 qol vurub və 38 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin