David Silvaya yeni müqavilə təklif olundu

İspaniyanın “Real Sosyedad” klubu yarımmüdafiəçisi David Silva ilə müqaviləni uzatmaq istəyir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub 36 yaşlı ispaniyalı futbolçuya maaşında azalma şərti ilə 2023-cü ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə təklif edib. Futbolçunun özü də komandada qalmaqda maraqlıdır.

David Silva 2020-ci ilin avqustundan “Real Sosyedad”da çıxış edir. O, cari mövsümdə komandanın heyətində 28 matçda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Silvanın “Real Sosyedad”la hazırkı müqaviləsi 2022-ci ilin iyun ayının sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button