David Silva zədəsindən danışdı
“Real Sosyedad”ın yarımmüdafiəçisi David Silva zədəsinin sağaltmasını şərh edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, eyni zamanda olduğu komandanı bəyəndiyini deyib:
“Əslində çox yaxşı gedir. Bu, indi mənim üçün əsasdır və başqa heç nə düşünmürəm. “Real Sosyedad“la müqavilə? Düzünü desəm, bura gəlməklə düzgün hərəkət etdim, çünki komanda ilə keçirdiyim üç ili çox bəyənirəm. Ailəm burada çox xoş qarşılanır, insanlar həmişə bizə böyük sevgi göstəriblər və buna görə də San Sebastianda qalmağa qərar verdik”.
37 yaşlı futbolçu 2020-ci ilin avqustunda azad agent kimi “Mançester Siti”dən “Real Sosyedad”a keçib. Yarımmüdafiəçi 2023-cü ilin iyulunda dizindən zədə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin