Premyer Liqadan 3 klubun “radar”ındadır – “Lill”in hücumçusu

“Lill”in hücumçusu Conatan David gələn yay İngiltərə klubunda çıxış edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı futbolçunun xidmətində Premyer Liqanın üç klubu maraqlıdır. Bunlar “Tottenhem”, “Nyukasl” və “Arsenal”dır.

Davidin “Lill”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Buna görə də, hücumçu azad agent kimi yeni klub tərəfindən alına bilər.

24 yaşlı futbolçu Fransa çempionatının ilk üç turunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button