David Luizin “Çelsi”dəki gələcəyi məlum oldu – Meneceri açıqladı
Cari mövsümün sonunda “Çelsi”ylə müqaviləsi bitəcək David Luizin komandadakı gələcəyi ilə bağlı açıqlama verilib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun meneceri Kia Yoorabçian “zadəganlar”la yeni müqavilə ilə bağlı danışıqlar apardıqlarını deyib:
“Hazırda biz “Çelsi”də xoşbəxtik. David Luiz klubda qalmaq istəyir, buna görə də, yeni müqavilə üçün çalışırıq. Həm baş məşqçi, həm də klub onun qalmasının tərəfdarıdır. Əminəm ki, hər şey istədiyimiz kimi gedəcək”.
Braziliyalı futbolçu 2016-cı ildən “Çelsi”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin