David Hili: “Necə futbol oynadığımızı onlardan soruşun”
Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hilinin Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşdıqları cavab oyunundan (1:2, ilk oyun 3:2) sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Hili, jurnalistlərin suallarını cavablandırıb:
- Hakimə oyunun sonunda narazılıq etdiz. Bu, nə ilə bağlı idi?
- Oyundan sonra narazılıqlar olur. Qaranlıq qalan məqam, ikinci qolda ofsayd olub, olmamağıdı. Hakim bəzən meydan sahiblərinin xeyrinə qərarlar verdi.
- Komandada bütovlük yox idi. Problem nə idi?
- Biz yarıpeşəkar komandayıq. Mübarizə apardıq. Necə futbol oynadığımızı “Qarabağ”dan soruşun.
- Belfasta uzun səfəriniz olacaq. Kiminlə nəyi xatırlayacaqsız?
- Bakını xatırlayacam. “Qarabağ”a təşəkkür edirəm, onlara uğurlar arzu edirəm.
- Komandanız “Qarabağ”a qarşı yaxşı mübarizə apardı. Bunu hansı keyfiyyətlərə bağlayırsız?
- Bilirdik ki, topa çox sahib ola bilmərik. Biz həvəskar komanda olaraq, hər iki oyunda yaxşı rəqabət göstərdik. Bizim də imkanlarımız oldu, ancaq bura qədər idi.
- Komandanızda ən yaxşı oyunçunuz kim idi?
- Bir nəfəri seçmək mənim üçün çətindi. Qapıçımızı xüsusi qeyd etmək istərdim.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin