
Dava etdiyi üçün qovulan futbolçu “Milan”a keçməyəcək
“Marsel”in yarımmüdafiəçisi Adrien Rabio yaxın günlərdə “Milan”a keçməyə hazırlaşmır.
Fransalı futbolçu komandadakı qalmaqaldan sonra klubunu dəyişə bilər. O, paltardəyişmə otağında həmkarı Conatan Rou ilə mübahisə etmişdi. Rou artıq “Bolonya”ya transfer olunub, Rabio da İtaliya klubları ilə gündəmə gəlir.
Əsas namizədlərdən biri “Milan” göstərilsə də, Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur.
30 yaşlı futbolçu 2019–2024-cü illərdə “Yuventus”un heyətində çıxış edib və bu səbəbdən, A Seriyasında kifayət qədər təcrübəyə sahibdir. Onun xidmətində “Napoli” və “Mançester Yunayted”in də maraqlı olduğu iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



