Poqbadan tənqidçilərinə: “İstədiklərini deyirlər və pullarını alırlar”

“Mançester Yunayted”in futbolçusu Pol Poqba onu tənqid edən mütəxəssislərə cavab verib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan fransız yarımmüdafiəçi, tənqidlərə görə narahat olmadığını deyib:

“Futbol şərhçilərinin haqqımda dedikləri məni narahat etmir. Onlar televiziyada bunları deyirlər və qarşılığında pul alırlar. Bunu bilirəm. Mən sadəcə, meydanda işimi görürəm.

İstədiklərini deyirlər və pullarını alırlar. Mən isə danışdığım üçün deyil, oynadığım üçün pul alıram. Bundan sonra da geyindiyim forma üçün mübarizə aparacam”.

“Mançester Yunayted”lə 2021-ci ilə qədər müqaviləsi olan Poqba, bu mövsüm 45 qarşılaşmada iştirak edərək, 16 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button