Danışıqlara hazırdır

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo Turin klubundakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Turin klubu ilə danışıqlara hazır olduğunu bildirib:

“Yuventus”la müqaviləmi yeniləyib-yeniləməyəcəyimi hələ bilmirəm. Ancaq mən danışıqlara hazıram”.

Onun klubla müqaviləsi bu ilin yayına qədərdir.

Rabyo İtaliya çempionatının bu mövsümündə 24 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Yuventus” A Seriyasında 29 turdan sonra turnir cədvəlində yeddinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button