Kimmixlə danışıqlar davam edir

“Bayern”in idman direktoru Maks Eberl komandanın yarımmüdafiəçisi Coşua Kimmixlə yeni müqavilə ilə bağlı aparılan danışıqlara münasibət bildirib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubunun rəsmisi tərəflər arasında danışıqların uğurlu olduğunu və davam etdiyini söyləyib:

“Dəfələrlə bəyan olunduğu və təsdiq edildiyi kimi, danışıqlar uğurlu olub və davam edir”.

Tərəflər hələ də qərarın yaxın gələcəkdə qəbul edilməli olduğuna inanırlar.

30 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 36 matçda meydana çıxıb, 1 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun “Bayern”lə hazırkı müqaviləsi bu ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button