Danışılmış oyunlara görə daha 9 nəfər həbs olundu
İspaniyada danışılmış oyunlarla bağlı yeni həbslər qeydə alınıb.
Komanda.az xəbər verir ki, ötən gün baş tutan əməliyyat nəticəsində daha 9 nəfər həbs olunub.
Bu barədə İspaniyanın təhlükəsizlik orqanları məlumat yayıb. Həbs olunan şəxslər korrupsiya, “çirkli pullar”ın yuyulması və əmlakın qanunsuz istifadəsində şübhəli bilinir.
Qeyd edək ki, bu, İspaniyadakı danışılmış oyunlarla bağlı ikinci həbs dalğasıdır. İlk belə həbslər bu ilin may ayında baş vermişdi. Həmin vaxt həbs olunanlar arasında Madrid “Real”ının sabiq futbolçusu Raul Bravo da var idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin