
Danimarkalı futbolçu “Barselona”nı tərk etmək istəmir
“Barselona”nın müdafiəçisi Andreas Kristensen mümkün gediş şayiələrinə baxmayaraq, klubda qala bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, danimarkalı futbolçu növbəti mövsümdə komandada yer almaq üçün mübarizə aparmaq niyyətindədir.
Kristensenin Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. O, İspaniya çempionatının cari mövsümündə cəmi üç oyun keçirib.
29 yaşlı müdafiəçi 2022-ci ilin yayından “Barselona”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



