
AÇ-2020: Kopenhagendə keçiriləcək oyunlara buraxılacaq azarkeş sayı bilindi
Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək AÇ-2020-nin oyunlarına 16 minə yaxın azarkeş buraxılacaq.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Parken” stadionunda keçiriləcək dörd oyunun hər birində 15900 azarkeş iştirak edəcək.
Kopenhagendə AÇ-2020-nin Danimarka – Finlandiya, Danimarka – Belçika və Rusiya – Danimarka matçları, həmçinin 1/8 final mərhələsinin bir oyunu keçiriləcək.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Turnirə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin