Eriksenin yeni klubu bilindi – rəsmi
Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Brentford”a keçib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Eriksenlə müqavilənin müddəti 2022-ci ilin yayına qədərdir.
AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin