Danimarkalı futbolçu “Yuventus”a təklif olunub

“Brayton”un yarımmüdafiəçisi Mett O’Rayli karyerasını İtaliyada davam etdirməyə açıqdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Yuventus”a transferdə maraqlıdır və belə bir keçidi müsbət qarşılayır.

O’Raylinin xidməti “Yuventus”a təklif edilib. Turin təmsilçisi danimarkalı futbolçunun transfer qiyməti və müqavilə şərtləri ilə bağlı ilkin məlumat toplayıb, ancaq hələlik rəsmi təklif irəli sürülməyib.

“Brayton” Mett O’Raylini ötən ilin yayında “Seltik”dən təxminən 30 milyon avroya transfer etmişdi. Ancaq o, zədələr səbəbindən Premyer Liqadakı debüt mövsümündə əsas heyətdə sabit yer qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button