Danimarkalı futbolçu “Sevilya”dan ayrıldı

“Sevilya”nın yarımmüdafiəçisi Tomas Delaney komandadan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Danimarkalı futbolçu 2021-ci ildən İspaniya klubunun formasını geyinirdi. O, bu müddət ərzində “Hoffenhaym” və “Anderlext”ə icarəyə verilib. 32 yaşlı yarımmüdafiəçi ümumilikdə “Sevilya”nın heyətində 47 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Delaney ötən mövsüm “Anderlext”in heyətində 25 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button