Eriksen 9 milyon avroya “yox” dedi
Danimarkalı futbolçu Kristian Eriksen “Tottenhem”in yeni müqavilə təklifini rədd edib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Tottenhem”in Eriksenə müddəti 2024-cü ilə qədər olan sözləşmə təklif etdiyi bildirilir. 27 yaşlı yarımmüdafiəçi illik 9 milyon avro qazanacağı bu təklifi rədd edib.
2013-cü ildən “Tottenhem”də forma geyinən Eriksenin müqaviləsinin müddəti mövsümün sonunda bitir.
Danimarka millisinin də üzvü olan Eriksenlə “Real” yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin