İngiltərə klubu “Napoli”nin futbolçusunu icarəyə götürüb

Danimarkalı yarımmüdafiəçi Yesper Lindström icarə əsasında “Napoli”dən “Everton”a keçib.

Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, icarənin sonradan satın alınma imkanı ilə bir mövsümlük olduğu bildirilir.

24 yaşlı futbolçunun icarəyə götürülməsinin “Everton”a 3 milyon avroya başa gələcəyi, satınalma məbləğinin isə 22 milyon avro olacağı barədə məlumat yayılıb.

“Everton” İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk turunda öz meydanında “Brayton”u qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button