Danimarkalı futbolçu “Barselona”dan ayrılmaq istəmir

“Barselona”nın müdafiəçisi Andreas Kristensen klubdan ayrılmaq niyyətində deyil.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, son mövsüm zədələr səbəbilə uğursuz çıxış edən danimarkalı futbolçuya müxtəlif klublardan maraq olsa da, o, bu təklifləri nəzərə almaq istəmir.

29 yaşlı müdafiəçi ötən yayda olduğu kimi, hələ də transfer təkliflərinə məhəl qoymur və baş məşqçi Hans-Diter Flikin komandasında əsas heyətdə yer qazanmağa çalışacaq.

Kristensen başa çatan mövsümdə cəmi 6 oyunda meydana çıxıb. “Barselona” rəhbərliyi onun transferini nəzərdən keçirməyə hazırdır, ancaq o, hələ də Kataloniya klubuna fayda verəcəyinə inanır. Onun müqaviləsinin müddəti 11 aydan sonra başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button