Danimarkalı futbolçu “Barselona”dan ayrılacaq

“Barselona”nın müdafiəçisi Andreas Kristensen yay transfer dönəmində klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Danimarkalı futbolçu 2022-ci ildə “Barselona”ya transfer olunub. O, cari mövsümdə cəmi beş oyunda meydana çıxıb və heç bir məhsuldar fəaliyyətlə yadda qalmayıb. Futbolçu mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb.

29 yaşlı oyunçunun “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button