Danimarka millisinin üzvü “Milan”da
Danimarka millisinin və “Sevilya”nın futbolçusu Simon Kyaerin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, hazırda icarə əsasında “Atalanta” forması geyinən müdafiəçi “Milan”a keçəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, Kyaerin mövsümün sonuna qədər “Milan”da çıxış edəcəyi bildirilir. Kyaerin hazırda Milanda olduğu və tibbi müayinədən sonra yeni klubuyla müqavilə imzalayacağı bildirilir. Kyaer 2019-cu ilin yayında icarə əsasında “Atalanta”ya keçib və onun sözləşməsinin müddəti mövsümün sonuna qədərdir.
30 yaşlı müdafiəçi müqavilə ilə “Sevilya” klubuna məxsusdur və sözləşməsi 2021-ci ilin yayına qədərdir.
Kyaer 95 dəfə də Danimarka millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin